Bu sistem NATO-ya üzv ölkələrin bir çoxunda tətbiq olunur.
Gürcüstan 2017-ci ildən orduya könüllü çağırış sisteminə keçir. ANS PRESS-in məlumatına görə, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Gürcüstanın Birinci kanalına müsahibəsində bildirib.
Tinatin Xidaşeli: "Müdafiə naziri olaraq mənim qərarım belədir".
Nazirin sözlərinə görə, bu qərar artıq Müdafiə Nazirliyində qəbul edilib və indi yalnız qanunverici dəstək tələb olunur.
"Bizdə 2017-ci ildə orduya məcburi çağırış olmayacaq. Müdafiə naziri olaraq mənim qərarım belədir. Əgər bu idarəyə başqa rəhbər gələcəksə, təbii ki, o başqa qərarı qəbul edə bilər", - deyə Xidaşeli bildirib.
Nazir qeyd edib ki, belə sistem NATO-ya üzv ölkələrin bir çoxunda tətbiq olunur və bu effektivdir.