QƏRB UNİVERSİTETİNDƏ 9 may QƏLƏBƏ TÖRƏNİ.. - FOTOLAR

 9 May - faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.

XX əsrdə İkinci Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olub. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı. Azərbaycan İkinci Dünya Müharibəsində qələbənin qazanılmasına böyük töhfələr verib.

Tədbiri giriş sözü ilə açan Qərb Universitetinin fəxri professoru Fikrət Sadıqov Böyük Vətən müharibəsi veteranlarını və tədbir iştirakçılarını Qələbə günü münasibətilə təbrik etdi. Böyük Vətən müharibəsi illərindən danışaraq qeyd etdi ki, Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq nümunələri göstərib. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

AMEA-nın Tarix İnstitutunun direktor müavini, t.e.ü.f.d., prof. Cəbi Bəhramov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının cəbhədə göstərdikləri qəhrəmanlıq və şücaətindən, Azərbaycan diviziyalarının Qafqazdan Berlinə qədər keçdiyi şərəfli döyüş yolundan söhbət açdı, arxa cəbhədə də böyük şücaət göstərən Azərbaycan xalqının həm neft, həm də digər təsərrüfat məhsulları ilə cəbhəni təchiz etmək üçün göstərdikləri səy və fədakarlıqlardan danışdı.

Tədbirdə Qərb Universitetinin professor – müəllim heyəti ilə yanaşı Böyük Vətən müharibəsi veteranları Məmmədov Bəkir Xanlar oğlu, Nəbiyev Damət Məcid oğlu, Qriçenko Aleksandr Aleksandroviç də iştirak etmişdir.

Tədbirdə iştirak edən Böyük Vətən müharibəsi veteranları Qələbə günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş və 1941-1945-ci illərdə faşizmin üzərində qələbənin əldə edilməsində Azərbaycanın uğurlarından danışmışlar. Bəşəriyyəti fəlakətlərə sürükləmiş faşizmin bu gün erməni millətçilərinin mənfur əməllərində üzə çıxdığı diqqətə çatdırmış, bütün bəşəriyyətin bu təcavüzkar siyasətə qarşı mübarizəyə səfərbər edilməsinin vacibliyini vurğulamışlar.

Daha sonra müharibə qəhrəmanlarına həsr olunmuş video-rolik nümayiş olunub və tədbirdə iştirak edən müharibə vetranlarına hədiyyələr təqdim edilib.

 

 AzerTaym.az

 

 






Fikirlər