“Bazare Store”da biabırçılıq - Kiflənmiş kolbasa satılır (FOTO)
Bakının ən böyük supermarket şəbəkələrindən biri “Bazar Store”də vaxtı keçmiş kolbasa məhsulları aşkarlanıb. AzNews.az xəbər verir ki, bu barədə jurnalist Türkan Məmmədli sosial şəbəkədə yazıb. O qeyd edib ki, istifadə müddəti 45 gün olan kolbasalar “Payım” şirkətinə məxsusdur: “Dünən “Bazar Store” supermarketlər şəbəkəsinin Gənclik filialına bazarlıq etməyə girdik. Qarşılaşdığımız mənzərə... Üzərində "Hər kəsin payı" şuarı ilə 10 gündür paketlənmiş “Payım” şirkətinin məhsulu, istifadə müddəti 45 gündür. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti hara baxır? Bəs “Bazar Store” işçiləri? Hələ üzərində halal emblemi "göz oxşayandır””.