Əgər Füzuli və Cəbrayıldan hansısa bir sülh, barış dəhlizi açdığımızı elan etsək, heç şübhəsiz, minlərlə erməni Azərbaycan tərəfinə keçəcək.
Moderator.az xeber verir ki bunu millet vekili zahid oruc axar.az-a aciqlamasinda deyib. Deputat hesab edir ki, Azərbaycan məhz bununla erməni diplomatiyasının arqumentlərini ələ ala bilər:
“Apreldən başlayaraq ermənilər dünyada bir neçə istiqamətdə diplomatik təxribatlarını xüsusi qabardıblar. Bu da Dördgünlük döyüşlərdən sonra Qarabağda yaşayan ermənilərin təhlükəsizliyinə Azərbaycan tərəfindən təminat verilə bilməyəcəyi və məhz bu əsnada Kosova üçün tətbiq edilmiş modeldəki yanaşmaların Qarabağa aid edilməsidir. Söhbət ötən əsrin sonlarında Balkanlarda yaranmış vəziyyətdən gedir. O zaman beynəlxalq konyunkturadan asılı olaraq, xüsusilə də Qərbin Rusiyanı Balkanlarda çökürtmək və oradan çıxarmaq formatına görə Kosova üçün müstəqillik modelini işləməyə başladılar. Lakin BMT və digər mühüm qurumlar Serbiyanın bütövlüyünü tanıdıqdan sonra Balkanların qərbyönlü arxitekturasını nəzərə alıb, yeni bir müddəa kəşf etdilər. Bu da sağ qalma əməliyyatı adı ilə səsləşən hüquqi bir prinsipdir. Bu məsələni uzun müddət erməni diplomatiyası üzərində işləsələr də, Qarabağ ermənilərini kütləvi məhvi kimi bir reallıq mövcud olmadığından bütün planlar alt-üst oldu”.
Millət vəkili diqqətə çatdırıb ki, İrəvan hazırda Azərbaycanın Qarabağ ermənilərinə törətdikləri təhlükənin üzərində siyasət formalaşdırmaqdadır:
“Azərbaycan Qarabağın mülki əhalisi ilə vuruşmur, bizim davamız Ermənistanladır. Əgər Füzuli və Cəbrayıldan hansısa bir sülh, barış dəhlizi açdığımızı elan etsək, heç şübhəsiz, minlərlə erməni Azərbaycan tərəfinə keçəcək. Bu mənada Azərbaycanın ən böyük missiyası Qarabağ ermənilərini Ermənistanın əlindən almaqdır. Necə ki, Azərbaycan dövləti müxtəlif etnik milli toplumların təhlükəsizliyinə zəmanət verir, eləcə də Qarabağ erməniləri də bundan əmin olmalıdırlar. Bakıda yaşayan ermənilərin rəsmi statistikası 25-30 minə yaxındır. Bu ermənilərin timsalında hətta 3-5 nəfərdən ibarət kiçik bir təşkilat da yaratmaq və Qarabağ ermənilərinə çağırış etmək olar. Yetər ki, Qarabağ erməniləri silahı yerə qoysunlar və bu çağırışa müsbət cavab versinlər”.