Elçibəyin qardaşı dövlət KOMİSSİYASINA müraciət edəcək
AzerTaym.az
“Bu vaxta qədər qardaşım Elçibəyin adının, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı heç yerə müraciət etməmişik”.
Bunu mərhum eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev deyib. O, bu məsələ ilə bağlı müvafiq dövlət komissiyasına müraciət edəcəyini istisna etməyib.
“Yaxşı oldu ki, bunu yadıma saldınız. Artıq Elçibəyin adının əbədiləşdirilməsi ilə bağlı dövlət komissiyasına müraciət etməyi düşünürəm. Bunu yazılı formada edəcəm”.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini komitəsinin sədri Siyavuş Novruzov isə Modern.az-a açıqlamasında bildirib ki, bu günə qədər Əbülfəz Elçibəyin ailəsi bununla bağlı hökumətə hər hansı müraciət etməyib.(modern.az)