Hacı İbrahim Ramazan ayında bahalı PİVƏ istehsal edən zavod açdı
“Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli müəllifi olduğu “Xəzər adaları” şəhərində yüksək keyfiyyətli pivə istehsal edən zavod açıb. “Ölkə.az”-ın şirkətdən əldə etdiyi məlumata görə, hazırda sözügedən pivə zavodu əsasən “Xəzər adaları”nda fəaliyyət göstərən “Stingray” restoran-klubu üçün fəaliyyət göstərir. Zavod dünyada tanınan “Lager Stingray”, “Red Stingray” və “Black Stingray” pivə növlərini müştərilərinə təqdim edir. İş adamı Hacı İbrahim Nehrəmli restoranın və pivə brendlərinin piarı işini də oğlanları – Həsən və Hüseyn İbrahimov qardaşlarına həvalə edib. Pivə istehsalı üçün avadanlıqların Çexiyadan alındığı deyilir. AzerTaym.az