“Başındakı ləçəyini külək aparan ROMA PAPASI Azərbaycana gələndə…”

   

Mirmahmud Mirəlioğlu: “Roma papasının Azərbaycana səfəri ləğv edilməlidir”

“Onun heç bir müqəddəsliyi-filanı yoxdur”
Roma papası Fransiskin Ermənistana səfərinin yekununda Dağlıq Qarabağı “kiçik torpaq sahəsi” adlandırması və buna görə müharibə aparmağın mənasız olduğunu iddia etməsi Aərbaycanda bir çox siyasi və millət vəkilinin sərt təpgisinə səbəb olub.

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu Vatikana münasibətdə Azərbaycanın yanlış siyasətini şərh edib, habelə atılması gərəkən addımlara diqqət çəkib:

“Azərbaycanın bir sıra təşkilat və fondları Vatikanda xeyli təmir-bərpa işi aparıb. Lakin görünən odur ki, Azərbaycanı gördüyü bu işlərin ona heç bir faydası olmayıb. Halbuki, bu barədə Roma papası məlumatlandırılmalı, habelə Azərbaycanın millət vəkilləri, əlaqədar qurumları bu barədə bilgiləndirilməli idi. Bu məsələnin bir tərəfi.

Paytaxtda Vatikan üçün xüsusi yer ayrılıb. Başından  ləçəyini külək aparan papa Azərbaycana gələndə onu aparıb Vatikan üçün yer seçdilər, bütün lazımi işləri gördülər. Bu da Azərbaycanın yanlışı idi. Onlar belə düşündülər ki, Azərbaycan böyük bir dövlətdir, hamıya himayədarlıq etməlidir, 5-10 manatını da itin-qurdun yolunda xərcləməlidir.

Qarabağın “kiçik torpaq parçası” olmasına gəlincə, Vatikan özü də kiçik bir yerdir. Qoy Vatikan bu kiçik yeri İtaliyanın ixtiyarına versin. Niyə o kiçik yerdən bütün dünya xristianlarına rəhbərlik edir, amma Qarabağa çatanda bizim bu regionun heç bir əhəmiyyəti qalmır?

Roma papasını bəziləri müqəddəs hesab edə bilər. Lakin onda heç bir müqəddəslik yoxdur. Roma papaları hər il 24 apreldə Ermənistana xitabən 1915-ci il olayları ilə bağlı öz münasibətini bildirir. Ermənistana yiyə durduğunu bildirir. Öz addımları ilə bildirirlər ki, biz Ermənistanın arxasında durmuşuq. Biz də öz növbəmizdə gərəkli addımlar atmalıyıq. Vatikandakı işlərimizi dayandırmalı, katolik kilsəsinə yer ayırmalı deyilik və s. Yüz il əvvəl də bizdə katoliklər üçün yer vardı. Onlara böyük bir ərazidə xüsusi iqamətgah tikməyə nə lüzum vardı? Bu, guya bizim tolerantlığımız göstərir? Qətiyyən. Sadəcə, görünür məmurlarımızın onlardan asılı müəyyən işlərimiz vardı, bu işləri aşırmaqdan ötrü belə etdilər. Bizim büdcəmiz, bizim diplomatlarımız bizim maraqlarımıza xidmət etmir. Bundan bəzi məmurlar, bəzi təşkilatlar öz şəxsi marağı üçün istifadə edir. Azərbaycan isə həmişə bundan ziyan çəkir. Əgər Roma papasının Azərbaycana səfəri olacaqsa, Azərbaycan XİN-i, Prezident Administrasiyası bu görüşü ləğv etməlidir. Roma papasına deməlidir ki, mənim bu görüş üçün vaxtım yoxdur, o “kiçik torpaq parçası” uğrunda böyük mübarizə aparıram.

Biz qurdun Allahı var deyirik, lakin unutmamalıyıq ki, itin də sahibi var. Bu itin sahibi Fransa, Rusiya, Vatikan və s-dir. Bu itin sahibləri həddindən artıq çoxdur. Biz bu itin sahiblərini tanımalı, itə də, sahiblərinə də dərs verməliyik. Öz torpaqlarımızı azad etməli və nəyə qadir olduğumuzu göstərməliyik”.






Fikirlər