'Türkiyə qayb etsəydi Azərbaycan və QARABAG davamız qayb edəcəkdi'

Türkiyə qayb etsəydi Azərbaycan və Qarabağ davamız qayb edəcəkdi

Pənah Hüseyn Türkiyə olaylarını dəyərləndirdi Azərbaycanın sabiq baş naziri Pənah Hüseyn musavat.com -a yazı yollayıb. Onu təqdim edirik : 

"Türkiyədə hərbi çevriliş cəhdinin   xalqın meydanlarda ifadə olunan demokratik müqaviməti  nəticəsində qarşısının alınması    təkcə Türkiyə və türk milləti üçün deyil dünyadakı  bütün türklər və müsəlman sivilizasiyası üçün önəmli hadisədir.  
 
Hərbi çevrilişə qarşı Türkiyə  meydanlarında, tankların önündə Azərbaycan türkləri, o cümlədən mənim partiya yoldaşlarım , Azərbaycan bayrağı da dayanmışdı. 
Bu hadisələr zamanı Türkiyədə və türk cəmiyyətində toplumsal səviyyədə demokratik potensial və perspektivin, çağdaş siyasi mədəniyyət   və dəyərlərin mövcudluğu   ağırlıqlı şəkildə  ortaya qoyuldu və bütün problemlərinə baxmayaraq müasir Türkiyə  dövləti  və  cəmiyyəti təcrübəsinin    müsəlman dünyası  üçün prioritet model  perspektivini xilas edildi. 
Hesab edirəm ki, Allah göstərməsin,  Türkiyə qayb etsəydi , ondan az olmayaraq Azərbaycan, Qarabağ  davamız qayb edəcəkdi. Odur ki, 15- 16 iyul hadisələrində müqavimət qurbanları  yalnız Türkiyə uğrunda deyil, bütün türk və müsəlman  dünyası,  Azərbaycan üçün şəhid oldular.
İyulun  15- dən16- na keçən gecə İstambul  və Ankara   "müsəlmanlarda,  türklərdə   demokratiya  mümkün deyildir",- deyənlərə layiqli cavab verdi.  Eyni zamanda türk cəmiyyəti  Ərdoğana və onun  son dövrdə əhəmiyyətli şəkildə yıpranıb cazibəsini xeyli itirmiş və zədələnmiş  AK parti eksperimentinə  var olma və  davam üçün bəlkə də son şans verdi. Təmənna edirik ki, bu şans gerçəkləşəcəkdir. 
 
Allah Türkiyəni  və türk millətini qorusun.
Pənah Hüseyn. Azərbaycan Respublikasının keçmiş baş naziri və Xalq Partiyasının sədri "






Fikirlər