Vahid Mustafayev və Mirşahin Ağayev ANS-in həyətində olsalar da binaya buraxılmırlar — SON DƏQİQƏ

Vahid Mustafayev və Mirşahin Ağayev ANS-in həyətində olsalar da binaya buraxılmırlar — SON DƏQİQƏ

“ANS” Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev və “ANS” Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayevin izahatları alındıqdan sonra sərbəst buraxılıblar.


Bu barədə Ölkə.Az saytına məlumat daxil olub. Məlumatda qeyd edilir ki, hər iki şəxs Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahat verdikdən sonra sərbəst buraxılıblar. Onlar hal hazırda telekanalın həyətində olsalar da telekanalın binasına daxil ola bilmirlər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib.






Fikirlər