“Mətbuat və internet azadlığının LƏGVİ nəzərdə tutulmur”

Hikmət Babaoğlu: “Problemlər senzura deyil, maarifləndirmə yolu ilə həll olunmalıdır”

Son günlər bəzi millət vəkilləri, siyasilər televiziya və internetin gənc nəslin əxlaqına öldürücü təsir göstərdiyini əsas gətirərək, media və internet üzərində senzuranın tətbiq edilməsinin vacibliyini vurğulayır. Maraqlıdır,doğrudanmı media və internet gənc nəslin əxlaqi tərbiyəsinə ciddi zərbə vurur və doğrudanmı problemi önləməyin yeganə yolu senzuranın tətbiq edilməsidir?

 

Məsələ ilə bağlı Moderator.az-a açqlama verən millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, ölkədə media və internet üzərində senzuranın tətbiqinin nəzərdə tutulmadığını, problemin bu yolla həllini doğru hesab etmədiyini vurğuladı:

“Azərbaycanda soz və mətbuat, o cümlədən internet azadlığı mövcuddur. Bunların məhdudlaşdırılması isə heç bir halda nəzərdə tutulmur. Senzura böyük dövlət xadimi Heydər Əliyev tərəfindən hələ 1998- ci ildə ləğv edilib. Preziden İlham Əliyev isə qeyd edib ki, Azərbaycanda hər cür azadlıqlar, o cümlədən internet azadlığı var. Ona görə də söhbət yalnız internet resurslarından və televiziyaların imkanlarından səmərəli istufadənin təkilindən gedə bilər. Düşünürəm ki, bu məsələdə doğurdan da problem var.

Biz internet üzərindən coxsayli və coxistiqamətli informasiya mənbələrinə çıxış əldə edirik. Bəzən bu mənbələr ictimaiyyyətimizin əxlaqi kriteriyaları ilə uzlaşan olmur, yaxud milli maraqlarımız baxımından zərərli hesab edilən nəticələr doğurur. Ona görə də bu məsələdə daha cox ehtiyatlı olmalıyıq. Xüsusilə informasiya bazarında olan manipuliativ informasiyalar xüsusi məqsədə xidmət etdiyi üçün və insanların şüurunu kənardan idarə edə biləcək gücə sahib olduğu üçün belə informasiyalara qarşı olduqca həssas olmalıyıq. Ancaq bunlar senzura yolu ilə deyil, maarifləndirmə yolu ilə olmalıdır ki, hazırda Azərbaycanda da elə bu işlər həyata keçirilir və intellektual cəmiyyətin yaradılması istiqamətinə cox böyük işlər görülür”.






Fikirlər