Texniki Universitetin YENİ REKTORU Pirməmmədov olacaq?
İki gün əvvəl Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olundu. Qeyd edək ki, bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib. Bunun ardından isə Texniki Universitetin aqibəti və yaxu da yeni rektorunun kimliyi dartışılmağa başladı. Dünən bu haqda maraqlı bir xəbər də yayıldı. Belə ki, “gununsesi.info” saytında yer alan xəbərdə bildirilirdi ki, Texniki Universitet ləğv olunacaq və Azərbaycan Memamrlıq və İnşaat Universitetinə birləşdiriləcək. Bu barədə DİA.AZ-a danışan bilgili qaynaq isə yayılmış xəbəri inkar edir. Mənbənin söylədikləri: “Azərbaycan Texniki Universitetinin ləğvi məsələsi gündəmdə deyil. Qaynaq dia.az-a onu da bildirdi ki, əksinə, artıq yeni rektorun kimliyi də bəllidir: “Ola bilsin hazırda ATU-da prorektor vəzifəini tutan İlham Pirməmmədov rektor təyin olunsun”. Qeyd edək ki, İlham Pirməmmədov bacarıqlı təhsil işçisidir və buna qədər Təhsil Nazirliyində Aparat rəhbəri, nazirin müşaviri vəzifələrində çalışıb.