“Buna ən çox Cavad xanın, Rəsulzadənin, Elçibəyin haqqı çatır”

Mehriban Vəzir: “Onlar Azərbaycan tarixində önəmli yeri olan şəxsiyyətlərdir”

Azərbaycan milli valyutası üzərinə tarixi şəxsiyyətlərin şəkillərinin vurulması son günlərin ən çox müzakirə edilən məsələlərindəndir. Maraqlıdır, hansı tarixi şəxsiyyətlərimizin şəklinin milli valyutamız üzərində əks olunması daha məqsədəuyğun və ədalətli olardı?

Moderator.az-a açıqlama verən yazıçı-publisist Mehriban Vəzir bəzi tarixi şəxsiyyətlərin buna daha çox haqqı olduğunu vurğuladı:

“Adətən siyasi tarixdə, dövlətçilik tarixində həlledici simaların şəkilləri milli valyuta üzərinə vurulur. Azərbaycan tarixində böyük rolu olan şəxsiyyətlər, dövlət adamları olub. Onlardan biri Şah İsmayıl Xətaidir. Ruslara qarşı sona qədər müqavimət göstərən Cavad xan, həlledici bir dönəmdə Azərbaycana müstəqillik qazandıran Məmməd Əmin Rəsulzadə, Azərbaycan Cümhuriyyətinin ikinci banisi olan Əbülfəz Elçibəy və bu kimi adamların buna daha çox haqqı çatır. Lakin düzünü deyim ki, belə bir yeniliyin indiki dönəmdə baş verəcəyini o qədər də gözləmirəm. Ancaq bu, bir gün hökmən olacaq”.






Fikirlər