Xəqani Səfəroğlu: “İlk növbədə bilmək lazımdır ki, adları çəkilən bu şəxslər “NKVD”-də hansı vəzifələri tutublar”
Rusiyanın "Memorial” Hüquq Cəmiyyəti "SSRİ təhlükəsizlik orqanlarının kadr heyəti: 1935-
1939” adlı sənəd yayıb. İlk dəfə yayılan bu arxiv sənədində keçmiş xüsusi xidmət orqanının
-”NKVD”-nin 40 mindən artıq işçisinin adı və rütbəsi göstərilib.
Stalin repressiyalarının tüğyan etdiyi 1937-1938-ci illərdə həmin "NKVD” işçiləri Sovet
hakimiyyətinin yerlərdə əsas repressiya silahı olub. Maraqlıdır ki, siyahıda Azərbaycan SSR-nin
"NKVD”-sində 1935-1939-cu illərdə çalışan 278 şəxsin adı hallanır. Onların 57-si milliyətcə
azərbaycanlı, digərləri isə rus, erməni və yəhudi mənşəyinə malikdir.
1937-ci il repressiyası Azərbaycan tarixinin ən ağır səhifəsi sayılır. Adları açıqlanan şəxslərin
reppressiyalarda əli olub-olmadığını isə dəqiq bilmək mümkün deyil. Bunları araşdırmalar
nəticəsində tam söyləmək olar. Belə bir siyahıda 57 nəfər azərba
ycanlı soydaşımızın yer alması onların övladlarına, nəvələrinə nə dərəcədə təsir edə bilər?
Məsələ ilə bağlı "Şərq”ə danışan araşdırmaçı-jurnalist Xəqani Səfəroğlu adların siyahıda
verilməsində heç bir problem olmadığını söyləyib:
"Memorial” Cəmiyyətin açıqladığı siyahıdakı şəxslər Xalq Daxili İşlər Komissarlığında (NKVD) çalışan kadrlardır. Onların işlədiyi illər 30-cu illərə təsadüf edir. Adları çəkilənlər məxfi sistemdə çalışmayıblar. Rəsmi dövlət idarəsində qulluq ediblər. Yəni zabit olublar. Sadəcə onların təqdim edilməsində bir az obrazlı fikirlərdən istifadə olunub. Yəni ola bilsin, bu şəxslərin birbaşa "cəllad” kimi təqdim olunması bir qədər xoşagəlməz təsir bağışlayır. Azərbaycanda 30-cu illər repressiya dövründə minlərlə günahsız insanın həbsi, işgəncələr, güllələnmə faktları bu dövrün üstündən "Damokl qılıncı” kimi asılıb. Ən yaxşı, istedadlı adamlar bu repressiyaların qurbanı olub. İlk növbədə bilmək lazımdır ki, adları çəkilən bu şəxslər "NKVD”-də hansı vəzifələri tutublar. Onların içində sonradan
cəzalandırılanlar varmı? Bu suallara cavab tapmaq çox vacibdir. Əlbəttə, bu şəxslərin övladları,
nəvələri sağdır və bu "cəllad” sözü yəqin ki, onların xoşuna gəlməyəcək. Nə etmək olar? Bu
"qara tarix” azərbaycanlılara çox böyük zərbə vurub. Belə münasibət yaddaşa həkk olan faciəyə
yanaşmanın bir nümunəsi, nəticə çıxarmaq üçün bir ibrətdir”.