Dövlət Dəniz Administrasiyasında audit yoxlaması keçiriləcək

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında Beynəlxalq Dəniz Təşkilatınа üzv dövlətlərin audit sxeminə (İMSAS) əsasən keçirilməsi nəzərdə tutulan audit yoxlamasına hazırlıq işlərinin aparılması məqsədilə görüş keçirilib.

 Modern.az xəbər verir ki, Audit yoxlamasına hazırlıq işlərinin aparılması məqsədilə keçirilən görüşdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, Müdafiə, Ədliyyə, Maliyyə, İqtisadiyyat, Xarici İşlər Nazirliklərinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndələri iştirakı ediblər.

Görüş zamanı  “Azərbaycan Respublikasının Xəzər dənizi ərazisində neft dağılmalarının xəbərdarlığı və ləğvi Milli Planı”nın layihəsinin təsdiqlənməsi, Axtarış–xilasetmə sahəsində əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı əməkdaşlıq planının təsdiqlənməsi, “Dəniz yolları ilə təhlükəli yüklərin daşınmasına dair Beynəlxalq Məcəllə”nin (İMDG Code) Azərbaycan dilinə tərcümə edilməsi və Məcəllədən irəli gələn məsələlərin həlli, “Təhlükəli yüklərin dəniz nəqliyyatı ilə daşınması Qaydaları”nın yenilənməsi, Beynəlxalq Hidroqrafiya Təşkilatına üzv olunması, Azərbaycan Respublikasının ərazi sularında gəmilərin hərəkətinin bölünmə sisteminin (GHBS) layihəsini təkmilləşdirərək Beynəlxalq Dəniz Təşkilatı tərəfindən bəyənilməsi,Gəmilərdən tullantılarınqəbul edilməsi məsələsinin tənzimlənməsi üzrə görülən tədbirlər müzakirə edilərək, qurumlararası əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb. Görüş iştirakçıları müzakirə olunan məsələlərlə bağlı görüləcək işlərin sürətləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Görüş zamanı, Dövlət Dəniz Administrasiyası tərəfindən hazılrlanmış “Beynəlxalq Dəniz Təşkilatının Alətlərinin Tətbiqinə dair Strategiya 2016 –2021” haqqında təqdimat nümayiş olunub. 4 strateji hədəfi – Beynəlxalq dəniz konvensiyalarının milli qanunvericiliyə inkorporasiyası, Dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi, Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması, Dəniz nəqliyyatı sektorunun işgüzar fəallığının və dinamik inkişafının təmin edilməsini özündə əks etdirən Strategiya barədə təqdimat, görüş iştirakçılarının marağına səbəb olub.

 Təqdimatın nümayişi zamanı, strateji hədəflərin məqsədləri, məqsədlərə nail olmaq üçün qarşıya qoyulan vəzifələr, həyata keçirilən tədbirlərin qiymətləndirilməsi üzrə fəaliyyət göstəriciləri, normativ – hüquqi aktların tətbiqinə dair tədbirlər barədə ətraflı məlumatlar görüş iştirakçılarının diqqətinə çatdırılıb.

 






Fikirlər