Dövlət Dəniz Administrasiyası ilə Polşanın İnfrastruktur və İnkişaf Nazirliyi arasında saziş imzalanmışdır

Dövlət Dəniz Administrasiyası ilə Polşanın İnfrastruktur və İnkişaf Nazirliyi arasında saziş imzalanmışdırAzərbaycan və Polşa gəmilərinin sərnışın və yükdaşımada daha intensiv,səmərəli fəaliyyəti üçün mühüm dönəm başladı.


"AzerTaym.az" Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,bu günlərdə qurumun rəisi Qüdrət Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti Polşa Respublikasının Varşava şəhərində səfərdə olmuşdur.

May ayında keçirilən görüşdə “Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında dəniz nəqliyyatına dair Saziş” imzalanmışdır.
Əsas məqsədi Azərbaycan Respublikasının ticarət gəmiçiliyi və dəniz nəqliyyatı sahəsi üzrə fəaliyyət göstərən müəssisə və təşkilatları ilə Polşa Respublikasının müvafiq müəssisə və təşkilatları arasında əlaqələrin və əməkdaşlığın inkişafına stimul vermək, bu inkişafı sürətləndirmək, Tərəflərin limanları arasında dənizlə yüklərin daşınmasının inkişafına mane ola biləcək amillərin aradan qaldırılması üzrə əməkdaşlığı təmin etmək olan Sazişi Azərbaycan Respublikası tərəfdən Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov, Polşa Respublikası tərəfdən İnfrastruktur və İnkişaf nazirinin müavini Dorota Piç imzalamışlar.


Sazişdə iki tərəf arasındakı münasibətlərdə ayrı-seçkiliyə yol verilməməsi və azad rəqabət, dəniz nəqliyyatının inkişaf etdirilməsi, limanlarda, daxili sularda və ərazi dənizlərində gəmilər üçün yaradılan şərait, dəniz nəqliyyatının asanlaşdırılması, gəmi sənədlərinin qarşılıqlı tanınması, cinayət baş verdiyi zaman tətbiq olunan prosedurlar, dənizdə baş verən hadisələr, texniki əməkdaşlıq, beynəlxalq öhdəliklər, mübahisələrin həlli barədə müddəalar yer almışdır.

Dövlət Dəniz Administrasiyası ilə Polşanın İnfrastruktur və İnkişaf Nazirliyi arasında saziş imzalanmışdırHəmçinin, Sazişdə limanlara sərbəst giriş-çıxış, lövbərə durma yerinin təyin edilməsi, liman vasitələrindən maneəsiz istifadə, yük əməliyyatları, sərnişinlərin mindirilməsi və düşürülməsi, naviqasiya üzrə xidmətlərin istifadəsi və digər adi kommersiya əməliyyatlarının icrası ilə bağlı hər bir tərəfin öz gəmilərinə yaratdığı imkanları digər tərəfin gəmilərinə də yaratması barədə müddəalar yer almışdır ki, bu da Azərbaycan Respublikası bayrağı altında üzən gəmilərin Polşa Respublikasına, Polşa Respublikası bayrağı altında üzən gəmilərin Azərbaycan Respublikasına yük və sərnişin daşınması prosesinə daha intensiv cəlb olunmasına öz töhfəsini verəcəkdir.

Eyni zamanda qeyd olunan görüşdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı perspektivləri barədə söhbət aparılmış, qeyd olunan sahədə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin zəruriliyi vurğulanmışdır.







Fikirlər