Azərbaycanlı sənətkara "ŞEYX" adı verildi - FOTOLAR
Qəbələnin Laza kəndində yaşayan xalçaçı Dağlar Səfərova "Şeyx" adı verilib. "AzerTaym.az" Lent.az- a istinadən xəbər verir ki, bu barədə iqtisadçı Nazim Məmmədov sosial şəbəkədə xəbər paylaşıb. D.Səfərovun Oman Sultanının portreti olan xalçanı bu ölkəyə göndərməsi ilə bağlı qarşı tərəf məktub göndərib. Məktubu Omanın Divan Nazirliyinin ofis rəisi imzalayıb və dəyərli hədiyyəyə görə D.Səfərova "Şeyx" adı verildiyi və onun bundan sonra Şeyx Dağlar kimi çağırılacağını qeyd edib.