Deputat: "Onlar azərbaycanlı kimi TANINIR"

Prezident İlham Əliyev qeyd etdiyi kimi həqiqətən də Azərbaycan multikulturalizm düşüncələri olan tolerant ölkədir”.
Bu fikri Azadinform-a millət vəkili Fərəc Quliyev Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışına münasibət bildirərkən deyib. 
O qeyd edib ki, tolerantlıq dedikdə həm ölkədə bütün etnosların bir-birinə hörmət etməsi, həm də bütün dinlərin bir yerdə normal şəkildə fəaliyyət göstərməsi nəzərdə tutulur: “Ölkəmizdə həm kilsələr, həm də məscidlər fəaliyyyət göstərir və burda heç bir ayrı-seçkilik yoxdur”. 
Millət vəkili hesab edir ki, tolerant bir ölkədə insanlar etnosa görə tanınmır: “İstər türk olsun, istər talış, istərsə də ləzgi - fərqi yoxdur, onlar yalnız azərbaycanlı kimi tanınır və onları bir-birinə vahid Vətən amili bağlayır. Həmçinin müxtəlif ölkələrdən bura gələnlər də bunu etiraf edirlər ki, Azərbaycanda dinlərarası, milətlərarası münasibətlər dünya ölkələrinə nümunə olacaq səviyyədədir. Ona görə də Azərbaycanda multikulturalizm ideyasının yüksək səviyyədə olması örnək göstərilir. Prezident İlham Əliyevin dedikləri də buna söykənir”.






Fikirlər