İşdən çıxarılan direktorların sayı və vəzifədən kənarlaşdırılma SƏBƏBLƏRİ

Картинки по запросу İŞDƏN QOVULAN MƏMURLAR

2016-cı təqvim ilində Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində 26 məktəb direktoru tutduqları vəzifədən azad edilib”.

Bu haqda Modern.az-ın sorğusuna cavab olaraq BŞTİ-nin mətbuat xidmətindən məlumat verilib.

Eyni zamanda, rəsmi məlumatda 5 direktor müavini və 5  müəllimin işdən kənarlaşdırıldığı qeyd edilib.

Bundan başqa bildirilib ki, 2015-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 19 təhsil müəssisəsinin rəhbəri ilə bağlanmış əmək müqaviləsi ləğv edilib:

“Əmək müqavilələrinin ləğv olunması əsasən, çalışmanın yaş həddinə çatma, təlim-təbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunmuş faktlar, şəxsin öz xahişi, vəfat etmə və vəzifə funksiyalarının yerinə yetirilməməsi səbəbləri ilə bağlıdır”.






Fikirlər