Saxtalı hava Bakı məktəblərində dərsə davamiyyətə təsir EDİB
Hava şəraitinin qarlı və şaxtalı keçməsi Bakı məktəblərində də dərsə davamiyyətə təsir edib. AzerTaym.az bildirir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən mətbuata verilən xəbərə görə, hava şəraitinin kəskin dəyişməsi və qar yağması ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən davamiyyət göstəricisi digər günlərə nisbətən aşagı düşüb: “Buna baxmayaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində təlim prosesi davam edir”.