ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı TƏLƏB OLUNACAQ

ADU-da müəllimlərdən beynəlxalq dil sertifikatı tələb olunacaq

2017-2018-ci tədris ilindən etibarən Azərbaycan Dillər Universitetində (ADU) dil tədris edən kafedralarda boş elan olunan müəllim vəzifəsini tutmaq üçün müsabiqədə iştirak edəcək müəllimlərdən onların dil səviyyəsini müəyyən edən TOEFL, İELTS, DELS, DALF, B2, C1 kimi beynəlxalq dil sertifikatları tələb olunacaq.

ADU-dan AzerTaym.az-a verilən məlumata görə, bu, müqavilə müddəti bitmiş, attestasiyadan keçəcək müəllimlərə də aiddir. Bununla əlaqədar universitetin bütün kafedralarına bildirişlər göndərilib.

Qeyd etmək lazımdır ki, ADU rəhbərliyinin bu qərarı universitetin professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və tədris prosesinin keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edir.






Fikirlər