Eldar Sabiroğlu ölüm ayağında - KRİTİK

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun səhhəti pisləşib. Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

"ANV" xəbər verir ki, bununla bağlı onun vəkili musavat.com-a açıqlama verib. O deyib ki, Sabiroğlunun səhhəti ağırlaşdığından o, Türkiyənin Ankara şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirək ki, E.Sabiroğlu ürək xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, E.Sabiroğlunun oğlu Rüfət Səfərov hazırda həbsdədir. R.Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət Səfərov rüşvət almaqda təqsirli bilinərək həbs edilib.

AzerTaym.az






Fikirlər