Azərbaycanlı milli geyimdə İran prezidentliyinə NAMİZƏD OLDU

Azərbaycanlı milli geyimdə İran prezidentliyinə namizəd oldu

İranda bir soydaşımız Azərbaycanın milli geyimi ilə ölkə prezidentliyinə namizədliyini qeydiyyatdan keçirib.

"AzerTaym.az" axar.az-a istinadən xəbər verir ki, namizədliyini verən şəxs Şəbistər şəhər sakini Məhəmməd Sefidgərandır.
Prezidentliyə namizədliyimi irəli sürməkdə əsas məqsədim Urmiya gölünü canlandırmaq və Konstitusiyanın 15-ci maddəsinə uyğun olaraq, türk dilində tədrisi təmin etməkdir”, - deyə M.Sefidgəran bildirib.
Qeyd edək ki, ötən günlərdə Salmasdan olan daha bir soydaşımız da Şəhər İcra Hakimiyyətinə (fərmandari) Azərbaycanın milli geyimi ilə gedərək, şura seçkilərinə öz namizədliyini irəli sürmüşdü. Fevral ayında isə urmiyalı deputat Hadi Bahaduri milli geyimlə parlamentin tribunası arxasına keçərək ana dilinin tədris edilməsi, Azərbaycan türkcəsində milli telekanalın yaradılması, Qərbi Azərbaycan vilayətinin iqtisadi problemləri və Urmiya gölü böhranı ilə bağlı önəmli çıxış etmişdi.
İranda növbəti prezident seçkisi bu il mayın 19-da keçiriləcək.

 






Fikirlər