"Sosial ödənişlərə görə belə edirlər" - MÜZAKİRƏ
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli konfransın əhəmiyyəti barədə danışıb. O, tədbirin bir neçə sessiyada davam edəcəyini bildirib. Onun sözlərinə görə, JuHİ bir sıra beynəlxalq təşkilatlarla ciddi və sıx əməkdaşlıq edir: "Həmkarlar Təşkilatlarının olması media rəhbərləri və sahibkarların işinə maneə törətmir, əksinə stimul yaradır". Beynəlxalq Jurnalistlər Federasiyasının Layihələr Departameninin rəhbəri Adrian Collin çıxışında qeyd edib ki, jurnalistlərin iş yerlərində hüquqlarını daha yaxşı müdafiə etməsinə çalışırlar: "Vaxtilə Cənubi Qafqazda jurnalistlərin hüquqları pozulurdu. Buraya işə götürənlər tərəfindən müqavilələrin bağlanmaması, pensiyaların aşağı olması daxil idi. Təəssüf ki, bəzi hallarda bu mənzərə qalıb. Azərbaycanda bu istiqamətdə qanunvericilik standartlara uyğundur. Jurnalistlər öz hüquqlarını müdafiə etməkdənsə, işdən çıxırlar. Onlar bilmirlər ki, Həmkarlar İttifaqı onların hüquqlarını müdafiə edə bilər. Ona görə də təşkilat ciddi şəkildə işləməlidir. İş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə ciddi nəzarət olmalıdır. Biz çalışırıq ki, jurnalistlər əlverişli iş yerləri ilə təmin olunsunlar". Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, əmək və peşə standartları üçün lazımi işlər görülür: "Jurnalistlər üçün mənzillərin paylanması zamanı aydın göründü ki, iş təcrübəsi mühüm rol oynayır. KİVDF-nin həyata keçirdiyi layihələr, qaldırdığı məsələlər problemlərin həllinə yardım göstərdi". Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun 2009-cu ildən fəaliyyət göstərdiyini xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə redaksiyalardan mühasibatlıq sənədləri tələb edilirdi: "Lakin redaksiyaların 90 faizində mühasibatlıq sənədləri, əmək müqavilələri yox idi, əmək haqları paket halında verilirdi. Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət olduğu kimi qalır. Əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra hallarda jurnalistlərin əmək haqlarını aşağı göstərirlər. Onlar 22 faiz sosial ödənişlərə görə bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistemi artıq tətbiq olunur. Əmək müqavilələri ilə bağlı məlumat avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Jurnalistlərin özləri də diqqətli olmalıdır". Layihə çərçivəsində "Həmkarlar ittifaqı təşkilatının üzvünün məlumat kitabı" və "Əmək hüquqları və onların qorunması mexanizmləri: Kollektiv danışıqlar və kollektiv müqavilələr" kitabçaları çap edilib. AzerTaym.azAvropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən "Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsi çərçivəsində təşkil edilən "Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri" mövzusunda konfrans keçirilib.