"Adama deyərlər ki, sənin hacılığın BAŞINA DƏYSİN..."
Bu Qum saatı ilə işləyən Hacı Atif İsmayılov adlı birisinin sevincini anlamaq olar. Axı növbəti Türkiyə ilə əlaqələrimizdə önəmi olan məktəbin bağlanmasından söhbət gedir. Adama deyərlər ki, sənin hacılığın başına dəysin, utanmadan bu adı rəsmi titul kimi götürüb dini mövzuları şərh edirsən. Azərbaycanda Hacı adının titul olaraq spekulyasına son verilməyənə qədər dinin bu formada saxtakarların əlində alətə çevrilməsindən qurtulmaq olmayaqcaq. Saxta Hacılar və Hacıxanımlar İslam dininin bu cür ad tanıtımı ilə naqis şəxsiyyətlərinə etibar qazandırmanın asan yolunu tapıblar. Hələ tarix boyu millətin canını yaxmış Kərbəllayilər, Məşədilər silsiləsini yada salmaz istəmirəm. Mətbuatımız da bilgiisizlikdən müsahibə aldığı şəxsin qarşısınnda rahatlıqla "hacı" sözünü təqribən "akademik", "professor" elimi adına bərabər səviyyədə işlədir. Haccı ziyarət etmək rəsmi tutul daşıyıcısına çevrilmək demək deyil, mənəvi bir məsuliyyət daşıyıcısına çevrilməkdir. Azərbaycan və İrrandan başqa heç bir yerdə bu tanıtımın yayğın olduğunu görə bilməzsiniz. İş burasındadır ki, hər Türkiyə ilə bağı olan məktəb bağlandqca Qum şəbəkəsinin ölkəmizdə genişlənmə imkanı artır. Həyasızlığın yeni formasını da tapıblar. Xüsusilə də İslamı Qumla çirkəndirmiş bu qruplar bizim də, Türkiyə hakimiyyətinin də xoşuna gəlsinlər deyə Azərbaycanın tanınmış alimi Vasim Məmmədəliyevin illərdir rəhbərlik etdiyi məktəbi də yalandan nurçularla əlaqələndirərək bağlanmasına haqq qazandırmaq istəyiirlər. Bu gün Türkiyə səfirliyinin də təmsilçisinin bu məktəbin faydaları ilə bağlı açıqlama gəlir, onları da az qala nurçuluğu müdafiə edənlər kimi göstərməyə çalışırlar. Bir azdan övladlarımıza yüksək səviyyəli təhsil verən Diyanət Məktəbini də bu adla tanıtmağa başlasalar, qətiyyən təəccüblənməyin. Unutmayın, Türk məktəbləri məsələsi Azərbaycan üçün strateji məsələdir. Bu boşluğu rus və Qum məktəblərinin dolduracağından qətiiyyən şübhəniz olmasın. Bu linkdə də atılan yanlış addıma haqq qazandırmaq cəhdləri hiss olunduğuna görə, paylaşmağı məqsədəuyğun bildim.