Çingiz Mustafayevin ailəsi jurnalistlərə TƏŞƏKKÜR EDİB

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin anadan olmasının 57-ci ildönümü münasibətilə tədbir keçirilib. 

Modern.az-ın məlumatına görə, media nümayəndələrinin dəvət olunduğu tədbirdə Milli Qəhrəmanın auləsi adından atası Fuad Mustafayev, qardaşları – ANS şirkətlər qrupunun rəhbərləri Vahid Mustafayev və Seyfulla Mustafayev, eləcə də ANS-in vitse-prezidenti Mirşahin Ağayev iştirak ediblər.

Mərasimdə çıxış edən Vahid Mustafayev Milli Qəhrəmanın ad günündə - 29 avqustda Çingizi unutmayan, haqında məqalə dərc edən media qurumlarına təşəkkürünü bildirib:

"Açığı, Çingizin şəhid olduğu gün ərəfəsində medianı izlədim, çox məyyus oldum, onun xatirəsi çox az media tərəfindən yad edilmişdi. Axı Çingiz bizim ailədə dünyaya gəlmişdi, amma Vətən üçün doğulmuşdu… Lakin ad günündə gördük ki, yox, Çingizin adı insanlarımızın qəlbindədir, çoxsaylı media onun haqında yazılar dərc etdi. Ailəmiz bundan çox təsirləndi. Ailəmizin başçısı Fuad müəllim təklif etdi ki, biz həmin media qurumlarının nümayəndələrini dəvət edib, onlara minnətdarlığımızı bildirək”. 
Milli Qəhrəmanın atası Fuad Mustafayev, jurnalist Mirşahin Ağayev Çingizlə bağlı xatirələrini media nümayəndələri ilə bölüşüblər.






Fikirlər