Vahid Mustafayev Mirşahinin xəstəxanadakı görüntülərini yaydı - VİDEO
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev müavini Mirşahin Ağayevin səhhətində yaranmış problemin mətbuatda işıqlandırılmasından narazı qalıb. Vahid Mustafayev bu barədə "facebook" sosial şəbəkəsindəki profilindən yazıb: "Bu gün Azərbaycan mediasında gecikmiş bir xəbərə rast gəldim. Qardaşım və silahdaşım Mir Şahinin ölkəni tərk etməsi nəyə görəsə 5 gündən sonra gündəmə gətirilir. Mətbuatın ona göstərdiyi diqqətə görə təşəkkürümü bildirirəm. Amma eyni zamanda Mir Şahinin ətrafında bu qədər ajiotaj yaranmasına da təəccüblənirəm. ANS bağlananda belə hay-küy olmamışdi. Nə olub ki? Nə fövqəladə hadisə baş verib ki? Müayinə və əməliyyat səbəbiylə Turkiyəyə, qardaş ölkəyə gedib, heç bir təhlükə-filan yoxdur, əməliyyatı uğurlu olub, bərpa prosesindədir. Bütün söz-söhbətlərə son qoymaq üçün mənə yolladığı şəxsi video ismarışı paylaşıram". Xatırladaq ki, Mirşahin Ağayev Türkiyədə əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi bildirilir. Amma onun nə zaman ölkəyə dönüb-dönməməsi hələ məlum deyil.