Daha bir məktəb direktoru jurnalistə: QƏLƏT EDİRSƏN...
Yeni tədris ili başlayar-başlamaz müəyyən problemlər artıq baş qaldırır. Sumqayıtda valideynlər tərəfindən xeberle.com saytının elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə orta məktəblərdə yığılan təmir pulu ilə bağlı şikayətlər daxil olub. Sayt valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün ilk olaraq, Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva ilə əlaqə saxlayıb. R.Tağıyeva bizə kobud şəkildə cavab verərək, dəstəyi asıb: "Mən heç bir pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır bu bir, ikincisi isə sizə heç bir haqq vermirəm. Siz mənə qələt edib zəng etmisiniz. Fsyo!" Xatırladaq ki, Ruhiyyə Tağıyeva ötən ilin aprel noyabr ayları ərzində Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb. O, məhz maarif müdirliyi postu ilə vidalaşdıqdan sonra 1 saylı məktəbə direktor vəzifəsinə təyin olunub.