Millət vəkilindən "Bakcell"ə SƏRT İTTİHAM: "Yaramazlıqla MƏŞGULDURLAR"
Millət vəkili Fazil Mustafa "Bakcell"i sərt tənqid edib. Unikal.org-un məlumatına görə, deputat mobil operatorun onun hesabından pul oğruladığını qeyd edib:
""Bakcell"in fırıldaqçılığını, Azərbaycan vətəndaşlarını aldatdığını tənqid etmişdim. İndi də görün, hansı yaramazlıqla məşğuldurlar. Ayın 13-də Moskvaya gəlməzdən öncə balansıma 45 manat pul yatırdım. Bunu təsdiq edən mesajları da aldım. İndicə, yəni ayın 14-də mesaj göndəriblər ki, balansınızda kifayət qədər məbləğ yoxdur, balansa pul yatırın.
Kimsə ilə də Baksell nömrəsindən iki gün ərzində danışmamışam. Gör özbaşınalıq nə səviyyədədir e..."