Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru ADI VERİLİB
Sentyabrın 25-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb. Sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası Kamal Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb. Təklifi müzakirə edən Elmi Şuranın qərarına əsasən Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb. Qeyd etmək lazımdır ki, Ural Federal Universiteti Rusiyanın ən nüfuzlu universitetlərindən biridir və Rusiyanın ilk prezidenti Boris Yeltsinin adını daşıyır. AzerTaym.az