Dillər Universitetində “Sərhədsiz Çərçivələr” layihəsinin YEKUN TƏDBİRİ

Azərbaycan Dillər Universitetində "Sərhədsiz Çərçivələr” layihəsinin yekun tədbiri baş tutdu. 

Tədbir müxtəlif rəssamlardan toplanan və onların ayrıseçkilik barədə düşüncəlirini əks etdirən 20-yə yaxın rəsm əsərinin sərgisi ilə açıldı. Tədbir otağında divara dörd dildə yapışdırlmış irqçilik, gender bərabərsizliyi və homofobiya kimi problemlərlə bağlı olan sitatlar qonaqlar arasında maraqlı müzakirələrə səbəb oldu.
Daha sonra tədbirin əsas hissəsini təşkil edən və bu mövzuda Azərbaycanda ilk dəfə keçirilən Forum Teatrın təqdimatına keçid edildi.
Layihənin ümümi mövzusunu əks etdirən iki Forum Teatr səhnəsi həvəskar akyorlar tərəfindən nümayiş etdirildi. İlk səhnəcik ictimai nəqliyyatda tez-tez yaşanan,oğlanların əks cinsə yer vermə məcburiyyəti probleminə toxunarkən, ikinci səhnəcikdə şortik geyinməsi səbəbi ilə onun üçün vacib əhəmiyyət daşıyan imtahana buraxılmayan oğlanın düşüdüyü çıxılmaz vəziyyətdən bəhs edirdi. Forum Teatrın prinisplərinə uyğun olaraq hər səhnənin göstərilməsinin ardından səhnədə əks etdirilən problem tamaşaçılarla müzakirə edildi, daha sonra aktyorlar yenidən səhnəyə dəvət edildi və bu zaman konfliktin həlli tamaşaçıların ixtiyarına buraxıldı. Hər iki səhnəyə edilən müdaxilələr tamaşaçıların gətiriyi müxtəlif baxış açıları və maraqlı həll yolları ilə yadda qaldı.
Tədbirin sonunda layihə boyu çəkilmiş, cəmiyyətdəki imitiyazlarımızı sorğulayan "Xətdən Kənara Çəkil!” adlı sosial çarx ilk dəfə auditoriya qarşısında nümayiş etdirildi. Video izləyiclərdən bir çox pozitiv və emosional rəylər aldı. ( Bu keçiddən video çarxı izləyə bilərsiniz:
( https://www.youtube.com/watch?v=DnfM6UOyNwI&sns=fb ) )
Tədbir layihəyə dəstək vermiş həvəskar aktyor və rəssamlara sertifikatların təqdim olunması ilə yekunlaşdı.
Qeyd edək ki, "Sərhədsiz Çərçivələr” layihəsinin əsas məqsədi cəmiyyətdə cinsinə, cinsi orientasiyasına, xarici görünüşünə və dininə görə ayrıseçkiliyə məruz qalan insanların problemlərini incəsənət vasitəsi ilə əks etdirməkdir. Layihə İnkişaf Zamanı proqramının çərçivəsində, Artlife Azərbaycanın dəstəyi ilə həyata keçirilib.

 






Fikirlər