Əflatun Amaşov yeni telekanalın açılmasını TƏKLİF ETDİ
Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün yeni televiziya kanalının yaradılması təklif olunur. AzerTaym.az-ın məlumatına görə, bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib. O bildirib ki, Azərbaycanda orduya xüsusi diqqət yetirilir. “Bu təqdirəlayiqdir. Ordumuz istənuilən an torpaqları işğaldan azad edə bilər. Amma beynəlxalq güclər buna imkan verərmi? Məsələ də budur. Ona görə da orduya göstərilən diqqətlə yanaşı, informasiya siyasətinə də diqqət artırılmalıdır. Müəyyən məbləğlə Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq televiziya kanalı yaradıla bilər”. Deputat onlayn medianın da dövlət büdcəsindən maliyyələşdirilməsinin vacibliyini vurğulayıb.