"Əli Kərimlini ölümünə dəstəkləyən biri olmuşam. 2003-cü ildə bəyanat verib, İsa Qəmbəri dəstəkləmişəm. 16 oktyabrda meydanda ölümünə döyülənlərdən biri də mən olmuşam”.
BakuPost.az xəbər verir ki, bu sözləri əməkdar jurnalist, İctimai Teleradionun Yayım Şurasının üzvü Azər Həsrət "Yeni Musavat”a verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, döyüldüyü anın videosu da var: "Bunun da videosunu çəkib, evdə saxlayıram. Belim, bədənim zolaq-zolaq idi”. Jurnalist deyib ki, onu 10-a yaxın polis əməkdaşı döyüb: "Məni 10-a qədər polis nəfəri döydü. Professor Adil Qeybullanın gözünün qabağında olub, ondan soruşa bilərsiz. Azadlıq Meydanının arxa tərəfi ilə gedirdim. Mitinq bitmişdi. Özü də qaçmırdım, asta-asta gedirdim. 10 polis dəyənəkləri ilə birdən qabağıma çıxdı...”