Bakıda polis niyə ayağa qalxdı?

Bakının Fəvvarələr meydanında aksiya həyəcanı yaşanır. Sosial şəbəkələrdə bu gün Azadlıq meydanında mitinq olacağı xəbəri polisi hərəkətə keçirib.

Bakıda polis niyə ayağa qalxdı?
Azertaym.az musavat.com-a istinadən xəbər verir ki, Fəvvarələr meydanında və ümumilikdə "Torqovı"da Səbayel rayon polisinin əməkdaşları, rəis müavini mitinqin başlanmasını gözləyirlər. Eyni zamanda "Azadlıq" meydanında da post-patrl maşınları keşik çəkir.

Fəvvarələr meydanı polis mühasirəsində olduğu söylənilir. Onlar Avropa Gənclər Hərəkatının keçirəcəyi aksiyaya da hazırlaşıblar. Aksiyada benzinin bahalaşmasına etiraz bildiriləcək.






Fikirlər