Məhkəmə Rəhim Qazıyevlə bağlı QƏRAR VERDİ AZADLIĞA BURAXILDI

Məhkəmə Rəhim Qazıyevlə bağlı QƏRAR VERDİ AZADLIĞA BURAXILDI

Sabiq müdafiə naziri Rəhim Qazıyevin barəsində olan məhkəmə qərarından verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

AzerTaym.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Rəhim Qazıyevin şikayəti qismən təmin edilib və o, azadlığ butaxılıb. Onun inzibati həbs cəzası cərimə cəzası ilə əvəzlənib.

Rəhim Qazıyev bir neçə gün əvvəl Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nərimanov rayon Məhkəməsinin qərarı ilə o, 10 sutkalıq həbs edilmişdi. O, küçədə söyüş söymədə ittiham olunur.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycanın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib.

2005-ci ildə Rəhim Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.






Fikirlər