KƏND Təsərrüfatı Nazirliyinə bir ildə 7241 MÜRACİƏT...

2017-ci ilin yanvar-dekabr ayları ərzində  Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzində 7241 müraciət qeydə alınıb.

Müraciətlər əsasən nazir Heydər Əsədov tərəfindən vətəndaşların regionlarda keçirilən qəbulunda  istirak etmək, süni mayalanma tədbirləri nəticəsində doğulan hər buzova görə heyvan sahibinə kompensasiya ödənilməsi, pambıqçılıq, toxumçuluq, subsidiyalar, suvarma işləri, gübrələrin güzəştli şərtlərlə satış qiymətləri, güzəştli şərtlərlə kreditlərin verilməsi qaydası, aqrar təhsil, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları, o cümlədən arıçılıq məhsullarının sərgi satış yarmarkasında iştirak etmək, Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən respublikaya gətirilən və respublikadan aparılan bitki və bitki  mənşəli  məhsullar üçün zəruri idxal və ixrac sənədləşmələri, lizinq yolu ilə cins heyvanların və yeni kənd təsərrüfatı texnikalarının alınması,taxıl biçini mövsümündə kombaynla təmin olunma,sürücülük vəsiqəsinin dəyişdirilməsi, işlə təmin olunma, torpaqların təyinatının dəyişdirilməsi və icarəsi, baramaçılığın inkişafı və kənd təsərrüfatının digər müxtəlif sahələri ilə əlaqədar olub. 

Qeyd edək ki, daxil olan müraciətlər mövcud qanunvericiliyə uyğun cavablandırılmış, verilən sorğular əsasında zəruri informasiya məsləhət xidməti göstərilmiş, araşdırma tələb edilən müraciətlər isə aidiyyəti üzrə təqdim edilərək qaldırılmış məsələnin həllinə köməklik göstərilib.  

 






Fikirlər