“İdxaldan ixraca keçməyin tam VAXTIDIR”

Картинки по запросу ELDAR QULİYEV

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Kənd Təsərrüfatı Nazirliyinə nazirliyin aparatında müəyyən olunmuş işçilərin say həddi daxilində kənd təsərrüfatı kooperasiyasının inkişafı məsələləri ilə məşğul olan struktur bölmənin yaradılmasını təmin etmək; kənd təsərrüfatı kooperativlərinin fəaliyyəti sahəsində uğurlu nəticələr əldə etmiş ölkələrin təcrübəsini nəzərə almaqla sistemli və kompleks tədbirlər həyata keçirmək; kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının nümunəvi nizamnamələrinin hazırlanmasını təmin etmək; bu sərəncamla təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək; Dövlət Proqramının icrasının gedişi barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.

Azərbaycan Prezidenti Administrasiyası Dövlət Proqramının icrasına ümumi nəzarəti həyata keçirəcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib ki, həm Nazirlər Kabinetinə, həm Kənd Təsərrüfatı Nazirliyinə, həm İqtisadiyyat Nazirliyinə sərəncamdan irəli gələn müvafiq tədbirləri həyata keçirmələri üçün göstəriş verilib:

Bildiyiniz kimi, kənd təsərrüfatı çoxşaxəli sahədir. Həmin sahələrin inkişafı ilə əlaqədar tədbirlər nəzərdə tutulub. Bundan başqa, ölkə başçısı pambıqçılıqla bağlı sərəncam verib. Orada da pambıqçılığın inkişafı, idxal və ixrac əməliyyatlarının sürətləndirilməsi nəzərdə tutulub. Bu ilin birinci yarısında ÜDM-də baş verən artım məhz kənd təsərrüfatı hesabına baş verib. Bunu prezident də sonuncu müşavirədə qeyd etdi”.

E.Quliyev ÜDM-dəki artımı pambıqçılıq, baramaçılıq, çayçılıq, taxılçılığın inkişafı ilə əlaqələndirib:

Artiq ölkə iqtisadiyyatında idxaldan ixraca keçməyin tam vaxtıdır. Çnüki bunun üçün potensial imkanlar yaranıb”.

AzerTaym.az

 






Fikirlər