Deputatın VAHİD namizəd təklifinə PARTİYALARDAN reaksiya

Partiya təmsilçilərə görə, bu ideya hər seçkidə aktuallaşsa da, nəticə yoxdur

“BAXCP artıq seçki platforması, hakimiyyətə və siyasi proseslərə münasibəti partiyanın mövqeyinə yaxın olan təşkilatlarla seçkilərdə iştirakla bağlı danışıqlar aparır. Yaxın 10 gün ərzində BAXCP-nin seçkilərə öz namizədi ilə gedəcəyi, yaxud başqa namizədi dəstəkləyəcəyi barədə qərarı elan olunacaq”.

Azpolitika-nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev seçkiyə-qatılıb qatılmayacaqları haqda sualı cavablandırarkən belə deyib.

Bəs görəsən, seçkilərdə iştirak etməyə iddialı olan digər partiya rəhbərləri necə, siyasi partiyaların seçkilərə vahid namizədlə getməsində maraqlıdırlarmı?

Tural Abbaslı ile ilgili görsel sonucu

“Yeni Müsavat”ın sualını cavablandıran  AĞ Partiyanın prezidentliyə namizədi Tural Abbaslı bildirdi ki, vahid namizəd məsələsi Heydər Əliyev hakimiyyətə gələndən bu yana müzakirə olunan, ancaq heç bir nəticə verməyən mübarizə metodudur: “Hər dəfə seçki öncəsi bu məsələ gündəmə gətirilir və müxalifət partiyaları arasında didişmələr başlayır. Hətta elektorat parçalanmağa başlayır, müxalifət nümayəndələrinin bir-birinə ittihamları artır. Bu da seçici elektorata təsir edir, onlar da həvəsdən düşür. Mən ən azından indiki mərhələdə bu müzakirələri faydalı hesab eləmirəm. Çünki bu gün müxalifətdə təmsil olunan partiyaların rəhbərlərinin 90 faizi uzun illərdir ki, müxalifətdədirlər. Onlar bilirlər ki, vahid namizəd məsələsinin müzakirəsinə nə vaxtdan başlamaq lazım idi, diskussiyalar hansı zəmində getməli idi. Əgər bu günə qədər heç bir tərəfdən real istək gəlməyibsə, deməli, bunun baş tutması real deyil”.

Araz Əlizadə ile ilgili görsel sonucu

Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə  də qeyd etdi ki, radikal müxalifətin fəaliyyəti nəticəsində müxalifət artıq yox dərəcəsinə gəlib çatıb: “Vahid namizəd məsələsi çoxdan çeynənmiş tüpürülmüş, sonra yenidən götürülüb çeynənmiş, tüpürülmüş saqqızdır. Hazırda müxalifətdə olan bu insanlar  vaxtilə Azərbaycan Xalq Cəbhəsi Hərəkatının üzvləri idilər və öz liderlərinin şəxsi ambisiyalarına görə ayrıldılar.  Liderləri öz şəxsi ambisiyalarını təmin edə bilməyibsə, necə ola bilər ki, onlar birləşsinlər. Ötən bu dövrdə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətdən gedəndən sonra neçə-neçə birlik yaranıb, lakin bir  nəticə verməyib.  2002-ci ildə 22 partiya birləşib parlament seçkilərini boykot etməklə bağlı qərar qəbul etdi. Lakin sonradan seçkiyə getdilər. Ondan sonra biz heç bir bloka qatılmadıq. Sonuncu dəfə ”Yeni Siyasət"  blokuna qatıldıq ki, bu da partiyaların deyil, şəxsiyyətlərin bloku idi. Onda da mən gördüm ki, Azərbaycan siyasətçilərində birləşmə, bloklaşma mədəniyyəti yoxdur".

Razi Nurullayev ile ilgili görsel sonucu

AXCP-dən ayrılan qanadın rəhbəri Razi Nurullayev də “Yeni Müsavat”a bildirdi ki, hazırda müxalifətin vahid namizədə ehtiyacı var və lazım gələrsə, partiyası bu məsələni müzakirə edə bilər: “Eyni dəyərləri, eyni şüarları, oxşar proqramları olan və Azərbaycanın gələcəyini oxşar görən partiyaların inteqrasiya etməsində və seçkiyə vahid namizədlə qatılmasında da problem yoxdur, bəlkə də buna ehtiyac var. Ancaq bu həmin partiyaların ortaq dəyərlərinin  olub-olmamasından, onların Azərbaycanın gələcəyini necə görməsindən asılı olan məsələdir. Biz seçkilərə qatılmaqda israrlıyıq, artıq mənim namizədliyim irəli sürülüb.  Əgər bizdən daha şanslı bir namizəd olarsa, dediyimiz dəyərləri bölüşərsə, təbii ki, vahid namizəd məsələsi müzakirə oluna bilər. Biz tam olaraq qapını bağlamamışıq”.

AzerTaym.az

 






Fikirlər