Müxalifət 2018 seçkisinə vahid namizədlə gedir? - Məxfi projedən DETALLAR

Müxalifət 2018 seçkisinə vahid namizədlə gedir? - Məxfi projedən detallar

Müxalifət 2018 seçkisinə vahid namizədlə gedir? - Məxfi projedən detallar

Gələn ilin sonlarında Azərbaycanda prezident seçkilərinin növbəti zamanı çatır. Artıq bununla bağlı iqtidar və müxalifət daxilində hazırlıqlar prosesi görünməkdədir
Ulus.Az-ın əldə etdiyi xəbərə görə, bir sıra şəxslərin və siyasi partiyaların seçkilərdə iştirak edəcəkləri ilə bağlı fikirlər səslənir.
Prezident seçkiləri yaxınlaşdıqca müxalifətin seçkilərdə necə iştirak edəcəyi ilə bağlı müzakirələr başlanıb.
Uzun zamandır bəzi ənənəvi müxalifət liderlərinin “səyləri” nəticəsində birləşə bilməyən müxalifət, seçkiyə vahid namizədlə, birləşmiş

formada gedə bilər.
Müxalifət qarşısına daha çox seçki şəraitinin dəyişməsi qoymalı və onun reallaşması istiqamətində fəaliyyət göstərməlidir. 
Təbii ki, müxalifətin təmərküzləşməsi kimi məsələ qoyularsa, daha az namizədlə prosesə qoşulma təmin olunarsa bu düzgün yanaşma olar.
Müxalifət diskussiyalara 4-5 ay qalmış başlayır və tələsik bir namizəd seçir, onun ətrafında koalisiya yaradır. Bunun da heç bir nəticəsi olmur. 
Çünki həmin koalisiyalarda, bloklarda partiya liderlərinin şəxsi ambisiyaları nəzərə alınır. 
Amma əslində xalqın maraqları, sosial sifariş nəzərə alınmalıdır ki, xalqın kimə səs verəcəyi, fikri məlum olsun. Müxalifətin növbəti seçkilərə vahid namizədlə getməkdən başqa şansı yoxdur. 
Müxalifət partiyalarının bir-birinə olan münasibətinə baxanda hazırkı durumda bu inandırıcı görünmür. 
Bu məsələlər müxalifətin özündən asılıdır. Əgər seçkilərə vahid namizədlə getmək istəsələr, bu baş tutacaq, yoxsa yenə də əvvəlki illərdə olduğu kimi olacaq.
Ulus.Az-ın əldə etdiyi xəbərə görə, Müsaavt Partiyası seçkiyə ayrılıqda qoşulacaq. AXCP lideri Əli Kərimlinin namizəd olacağı sual altındadır. 
Onun 2018-də Milli Şura platforması altında yeni vahid namizəd irəli sürəcəyi ehtimal olunur. Ən pis halda Cəmil Həsənli yenidən namizəd kimi irəli sürüləcək. 
Müxalifət aralarında olan problemləri bir kənara qoyub vahid namizədlə seçkilərə getməyi istəməlidir. Əgər istəməyəcəklərsə bu vahid namizəd məsələsi də alınmayacaq. Seçkidə iştirak xatirinə iştirak edəcək, ya da boykot edəcək. 
Hazırkı perspektivdə bu məsələ o, qədər də inandırıcı görünmür. Bundan başqa, siyasi kataklizmlərin olması, “Milyarderlər ittifaqı”ının təzədən xortlayıb dirilməsi də istisna edilmir.






Fikirlər