Xəzərdən AZƏRBAYCANA təhlükə - VİDEO
NASA Xəzər dənizində "Süd qasırğası" adlı anomal prosesin baş verdiyini açıqlayıb. Belə ki, Amerikanın Milli Kosmik Agentliyi dənizin dibindəki çöküntülərin üzə çıxdığını bildirib. Yerli ekologiya ekspertləri bu prosesin fəsadlarından danışıblar. Modern.az xəbər verir ki, NASA Xəzərdə anomal proses sayılan "Süd qasırğası"nın fotoşəklini də dərc edib. Şəkil yanvarın 9-da "Terra" kosmik aparati ilə çəkilib. NASA-nın məlumatinda qeyd olunur ki, qasırğa zamanı külək suyu səthdən qarışdırır və dənizin dibindəki çöküntüləri üzə qaldırır. Məsələyə münasibət bildirən ekoloq Telman Zeynalov “Xəzər xəbər”ə bildirib ki, hadisə əgər tam təsdiqini taparsa, bu o deməkdir ki, yaxın bir neçə ildə Azərbaycanda havaların kəskin soyuması baş verə bilər. NASA açıqlayıb ki, bu anomal proses balıqçılığa mənfi təsir göstərə bilər. Çünki balıqlar suyun dərin qatlarına enəcəklər. Telman Zeynalov isə bildirir ki, əksinə, bu hadisə balıqların çoxalmasına səbəb olacaq. NASA açıqlayıb ki, peyk təsvirləri dənizlərdə monitorinq üçün əsas üsuldur. Bu yolla Kosmik Agentlik istənilən ölkənin dənizi və su ehtiyyatları barədə proqnoz verə bilir. VIDEO