QƏRBİ KASPİ Universiteti tələbələrini İŞLƏ TƏMİN edir

Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti) tələbələrini işlə təmin edir.

Ardıcıl olaraq məzunlarını müxtəlif vakansiyalara yönəldən universitet özü də tələbələrini işə götürməklə onların məşğulluq problemini həll edir.

Bu gün universitetin onlarla məzun və tələbəsi bu təhsil ocağının laboratoriyalarında, mərkəzlərində, kürsülərində müxtəlif vəzifələrdə, o cümlədən müəllim kimi fəaliyyət göstərir.

Qeyd edək ki, Qərb Kaspi Universitetində fəaliyyət göstərən Karyera Mərkəzi tələbələrin uğurlu karyera qurması istiqamətində tədbirlər həyata keçirir.
Tələbələrə uğurlu karyeranın əsas şərtləri, iş axtarma üsulları öyrədilir, işədüzəlmə müsahibəsində müvəffəqiyyət qazanmaq üçün müxtəlif təlimlər keçirilir.

Qeyd edək ki, Universitetdə 1999-cu ildən Tələbə Xidməti Mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas missiyası tələbələrin intellektual və mədəni inkişafı və peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi üçün layihələr həyata keçirməkdən və Universitetin çoxsaylı məzunları ilə daim əlaqə saxlamaqdan ibarətdir.
Mərkəz tələbə və məzunlara ixtisaslarına uyğun iş yerləri əldə etməkdə yardım edir. Universitetin tələbəri haqqında hərtərəfli məlumat İnformasiya Bazasına toplanır və hər il yeni qəbul olunan tələbələr haqqında məlumatlar yenilənir. Mərkəzin təşəbbüsü ilə tez-tez təşkilatların, şirkətlərin, xarici ölkələrin nümayəndələri ilə tələbələrin görüşləri keçirilir. Yarandığı gündən bəri Mərkəz yüzlərlə məzun və tələbəyə işə düzəlməkdə yardımçı olub.

AzerTaym.az






Fikirlər