Bakı AVTOVAĞZAlında ilin ƏN GƏRGİN GÜNÜ - 140 MİN ADAM, 5200...
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən adi vaxtda gün ərzində 300-340 nəqliyyat vasitəsilə təxminən 7-8 min sərnişin yola salındığı halda, bayram günlərində 5200-dən çox reyslə 140 mindən çox sərnişin daşınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən verilən məlumata görə, ötən il Novruz bayramı günlərində 4866 reyslə 123 mindən artıq sərnişin daşınmışdı. Bu il bayram günlərində ən çox sərnişin sıxlığı martın 19-da müşahidə olunub. Həmin gün 700-dən artıq reyslə 18 800-dən çox sərnişin yola salınıb. Qeyd edək ki, ötən illərlə müqayisədə onlayn bilet satışında da aktivlik müşahidə olunub. Bayram günlərində yarana biləcək sərnişin sıxlığının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzal Kompleksi martın 15-dən 27-dək gücləndirilmiş iş rejimində çalışıb. AzerTaym.az