“REAL” TV ANS-in yerini doldura bilirmi? - Tanınmış MEDİA ekspertləri QİYMƏT VERDİLƏR
ANS telekanalı fəaliyyətini dayandırandan sonra bir qisim tamaşaçı yerli teleməknda boşluq yarandığını bildirirdi. Hətta ANS-in tezliklə açılmağını istəyənlər, onun əməkdaşları üçün darıxdığını deyənlər də vardı. Bu yaxınlarda keçmiş ANS-çilərin cəmləşdiyi “Real” TV fəaliyyətə başlayanda həmin tamaşaçılar sevindilər. Keçmiş ANS-in pərəstişkarları tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərlik etdiyi “Real” TV-nin ANS-ilayiqincə əvəz edəcəyini düşünürdülər. Artıq “Real” TV-nin işə başlamağından xeyli müddət keçir və bu televizya haqda ilkin mülahizələr söyləmək olar. ““Real” TV-ni maraqla izləyirəm, hətta gözləyirəm. Lakin ANS-dən sonra yaranan boşluq demək düzgün deyil. Çünki kifayət qədər televiziyalarımız var və hamısı da fəaliyyət göstərir. Ancaq “Real” TV özünəməxsus, orjinal telekampaniyadır. İnanıram ki, bu televiziya çox böyük uğurlar qazanacaq. Çünki orada tanınmış telejurnalist Mirşahin Ağayev var. “Real” TV əməkdaşlarının müsahibə aldığı insanlar, onların yanaşma tərzi, studiya orjinallığı kimi məsələlər onu digər televiziyalardan fərqləndirə bilir. Lakin televiziya hələ təzədir deyə, ciddi peşəkarlığından danışmaq çətindir”. Tanınmış jurnalist və publisist Arif Əliyev isə “Real” TV-ni izləmədiyini bildirib: “Amma hər bir halda bizim şəraitdə internet televiziyası efir televiziyasının yerini doldura bilməz. Efir televiziyasının imkanları və əhatə dairəsi tamam başqadır. Ənənəvi televiziya bu gün nəinki Azərbaycanda, bütün dünyada bir nömrəli informasiya mənbəyi kimi qalmaqdadır. Baxmayaraq ki, elektron media inkişaf edir, bu ənənələr ölkəmizdə daha dərindir. Yəni texnoloji inkişafın gətirdiyi dəyişikliklər cəmiyyətdə yavaş-yavaş oturuşur. Buna görə də kütləvi informasiya vasitələri arasında efir televiziyaları öz üstünlüyünü qoruyub saxlayır”. A.Əliyev qeyd edib ki, televiziya sadəcə xəbər demək deyil: Media eksperti Zeynal Məmmədli deyib ki, ANS-lə “Real” TV-ni müqayisə etmək düzgün deyil: ““Real” TV-ni ilk günlər izləmişdim. Lakin öncə ANS-in hansı boşluğu doldurğunun cavabını bilmək lazımdır. ANS yeni meydana gələndə doldurduğu boşluqla sonrakı dövrlərdə doldurduğu boşluq fərqli idi. Söhbət “Real” TV-dən gedirsə, burada gün boyu informasiyanın verilməsi Azərbaycan məkanı üçün arzulanan hadisədir. 6 ay içində bu televiziyanın nəyə nail olduğu bilinəcək. Amma indiki halda hər şey normaldır. Digər tərəfdən bir neçə aylıq uşaqla məktəbdə oxuyan uşağı müqayisə etmək düzgün deyil. Yəni təsəvvür edin, “Real” TV hələ bir neçə gündür doğulmuş uşaq kimidir. O, hələ ki başqalarına , özünə, həm də ANS-ə oxşayır. Amma formalaşandan sonra kimə oxşayacaq? Əsas məsələ budur. Nəzərə almaq lazımdır ki, bəzən yaradıcıların, menecerlərin istəyindən asılı olmayaraq gerçəklik, auditoriya o televiziyanı başqa bir şeyə çevirə bilər. Necə ki, valideynlər övladını bəstəkar kimi görmək istəsə də, uşaq futbolçu olur. Eləcə də televiziyadan da dəyişikliklər gözləmək mümkündür. Xüsusilə də Azərbaycan məkanında..”. ““Real” TV qısa müəddətdir fəaliyyət göstərir. Bu televiziya boşluğu doldurdu demirəm, amma hardasa durğunluq səngidi. İnformasiya məkanında dirçəliş olduğu hiss olundu. Fəaliyyət göstərdiyimiz çox qısa vaxt ərzində Röyter agentliyi “Real” TV-nin Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) baş katibi Muhəmməd Barkindo ilə müsahibəsinə istinad edibsə, mənə elə gəlir ki, bu, artıq nədənsə xəbər verir. Düşünürəm ki, “Real” TV qarşısına qoyduğu öhdəlikləri və öz missiyasını doğruldacaq”. “Azadlıq” radiosunun keçmiş əməkdaşı, Avropada yaşayan jurnalist Rövşən Əliyev isə deyir ki, bir nəfərdən asılı özəl TV-nin fəaliyyətindən çox şey gözləməyə dəyməz:
Maraqlıdır, yeni televiziya kanalı ANS-in yerini doldura bilirmi?
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədli Modern.az saytına deyib ki, “Real” TV bu gün çox böyük vədlər verir:
Xəbərlər məsələsində elektron media daha çox ön plandadır. Amma televiziya sənətdir, öz-özlüyündə jurnalistika fenomenliyidir. Bu sənətin yerini heç nə tuta bilməz. Efirdən getmək, məcburən internet televiziyasına keçid etmək əlbəttə, itirmək deməkdir. İstənilən halda buna hazır olmaq lazımdır. Hələ media tarixində internet televiziyasının efir televiziyasını üstələməsi faktını görməmişəm”.
“Real” TV-nin əməkdaşı Ləman Ələşrəfqızı düşünür ki, bu televiziya artıq özünü doğrultmağa başlayıb:
“ANS iki nəfərdən asılıydı. Dağıdıb bir nəfərdən asılı TV yaratdılar.
Müstəqillik dövrümüzün mediasında indiyəcən gördüyüm ən mükəmməl sistem Nəcəf Nəcəfovun qurduğu "Azadlıq" qəzeti idi. Çünki bir nəfərdən asılı sistem deyildi, işlək redaksiya şurası vardı.
Ancaq belə sistemləri yaratmağa həmişə cəhd eləməliyik. Başqa yolumuz yoxdur”.