“AZƏRPOCT”a YENİ BAŞ DİREKTOR TƏYİN edildi

245bc327-1fcd-4edd-badf-46c796d328be_292

“Azərbaycan Beynəlxalq Bankı”nın Rusiyadakı törəməsinin keçmiş sədrinə vəzifə verildi.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Azərpoçt” MMC-yə yeni baş direktor təyin edilib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu, Emin Ramiq oğlu Əfəndiyevdir.
O, yeni vəzifəsində Sübhan Kazım oğlu Kazımovu əvəz edib.

E.Əfəndiyev 2 oktyabr 1970-ci ildə Bakı şəhərində anadan olub, 1987-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun inşaat mühəndisi ixtisası üzrə mülki sənaye tikinti fakültəsində, 1994-1996-cı illərdə Bakı Ali Menecer kollecində bankir-mühasib ixtisası üzrə təhsil alıb.

Direktor_sonE.Əfəndiyev əmək fəaliyyətinə 1992-ci ildə Material Ehtiyatları Nazirliyinin “Azərtikinti materialları” idarəsində böyük mühəndis vəzifəsindən başlayıb, daha sonra iqtisadçı, baş mühasibin müavini və baş mühasib vəzifələrində çalışıb, 1996-2004-cü illərdə “Rossiyskiy Kredit” Rusiya–Azərbaycan birgə bankında mütəxəssis, şöbə müdiri, department müdiri, İdarə Heyəti (İH) sədrinin müavini və sədri, 2004-2009-cu illərdə “AZAL Bank”ın İH sədrinin müavini, 2009-2015-ci illərdə “Kapital Bank” ASC-nin filial müdiri, 2015-2018-ci illərdə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Rusiyadakı törəmə bankında İH-nin sədri sədri vəzifələrində işləyib.






Fikirlər