DEPUTAT İŞDƏN ÇIXARILAN NAZİRLƏRİN “vurulmasını” PİSLƏDİ
“Hesablama Palatası Milli Məclisin qurumu olduğu üçün bütün məsələlərlə bağlı məqamlar, məlumatlar deputatlara da çatdırılmalıdır. Bəzən elə olur ki, parlamentin rəhbərliyinin xəbəri olur, amma biz millət vəkillərinin yox. Hesab edirəm ki, bu məsələdə millət vəkilləri də nəzərə alınmalıdır, onlar da vaxtında məlumatlandırılmalıdır”. AzerTaym.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçriilən iclasında “Hesablama Palatası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib. Deputat son vaxtlar mətbuatda kadr dəyişiklikləri barədə məlumatlar yayıldığını bildirib. “Köhnə nazir vəzifədən gedən kimi başlayırlar onun üstünə düşməyə. “Filan nazir 5 milyadr yedi, filan nazir 2 milyard yedi, dağıtdı-tökdü” və sair kimi şeylər yazırlar. Həmin şəxslər nazir olan zaman Hesablama Palatası onun tabeliyində olan qurumu yoxlayıb. Həmçinin Malliyyə Nazirliyin xüsusi qrupu tərəfindən yoxlamalar aparılıb. Digər qurumları hələ mən demirəm. Əgər bu insanların günahı varsa, vaxtında cinayət məsuliyyətinə cəlb edin. Onlar da cavab versinlər. Yoxsa, 10-15 il nazir işləyəndən sonra vəzifəsini itirənlərin mətbuatda da, başqa yerlərdə də üstünə düşülür. Bunlara da heç kim cavab vermək istəmir. Ona görə də hesab edirəm ki, Hesablama Palatasının dövlət büdcəsinə nəzarət mexanizmini gücləndirmək lazımdır”.