AVMVİB SƏDRİ ERMƏNİ DEZİNFORMATORUNA "ZÜY" TUTANLARA SƏSLƏNDİ...
"Qəhrəman ordumuzun taktiki plan əsasında hərbi - strateji əhəmiyyətə malik yüksəklikləri, 11 min ha ərazini və işğalda olan Güngüt kəndini azad etməsi yenə də nədənsə erməni "züyçülərinin" xoşuna gəlməyib". "AzerTaym.az"
Bu sözləri saytımıza açıqlama verən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Fedai.az saytına verdiyi açıqlamada söyləyib: "Nədənsə Ordumuzun nailiyyətlərinə daim dırnaqarası baxan bu məlum dairə indiyədək araşdırılmayıb. Hər dəfə əhəmiyyətli texniki təhcizatımızı, yaxud keçirilmiş əməliyyat və dislokasiya hərəkətlərini tam düşmən mövqeyinə uyğun şərh edənlərin kimliyi onsuz da bəllidir. Bu gün çox minlik veteranlar ordusu adından Naxçıvanda keçirilmiş əməliyyatıın nəticəsi biz keçmiş döyüşçülərin böyük sevincinə səbəb oldu. Ali Baş Komandan İ.Əliyevin rəhbərliyi ilə əldə edilmiş bu zəfərə görə Ordumuza minnətdarlığımızı bildirir və bu zəfərin davamlı olacağına inanırıq. Çünki bizim Ordu öz qüdrətinə görə artıq dünya orduları içində boyu görünən ordulardandır. Dünənədək bu təxribatçılar məlumatın qeyri-rəsmi olmasını, bu gün isə ermənilərin uydurduğu yalanı yaymağa, xalqı aldatmağa çalışırlar. Rəsmən Müdafiə Nazirliyi bildirdi ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən məlumat verilib. Bu barədə şad xəbəri yayan saytlar arasında siz də vardınız və ordumuzun istənilən məntəqəni azad edə bilmək qüdrətinə hər an inancımız tamdır. Amma erməni tərəfi həyasızcasına dezinformasiya xarakterli məlumatla öz itkilərini gizləməyə çalışdığını anlayırıq. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan sərsəmləyib ki, guya Azərbaycan tərəfi iyunun 6-sı və 7-də İrəvana müraciət edərək, insanların Günnüt kəndində yerləşən qəbiristanlığı ziyarət etməsinə şərait yaradılmasını xahiş edib. Ovanisyan Azərbaycan tərəfinin belə bir xahişi ilk dəfə etdiyini bildirib. Bundan sonra Ovanisyan guya Ermənistanın hər zaman humanitar normalara sadiq olduğunu və buna görə də vətəndaşların qəbiristanlığa girməsinə izn verildiyini vurğulayıb: “Günnüt neytral zonada yerləşir. Dinc sakinlərə buraya yaxınlaşmağa izn verilib. Ermənistan ordusu situasiyaya tam nəzarət edir”. Bunun bir düşmən dezinformasiyası olması aydındır. Bəs bu dezinformasiyanı öz xalqına informasiya kimi təqdim edənlərin məqsədi nədir? Bu oyunu pozmaq zamanıdır. Ermənilər belə humanistdirlərsə o zaman qoy icazə versinlər Laçındakı məzarları ziyarət edək. Erməni vandalları belə humanistdirlərsə, Dilqəm və Şahbazı analarının məzarına baş çəkərkən niyə həbs ediblər və bu günədək işgəncələr altında həbsdə saxlanılır? Ordumza dil uzadan bu düşmənlərin susdurulmasına start verilməlidir və bu adamlar ictimailəşdirilərək xalqa tanıdılmalıdır. Bu istiqamətdə veteranlarla müzkirələr keçirməyi planlaşdırırıq. Çünki ictimai qınaq olmadan bu adamlar at oynatmaqda davam edəcəklər"...
Xatırladaq ki, bizdən öncə "Rosbalt" və erməni mediasının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi , daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (Ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib. Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bu ərazinin isə 8 min hektardan artığı əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir.
Hər gün qüdrətlənən Ordumuza eşq olsun!