POLKOVNUK İLQAR BALAKİŞİYEV qatilinin üstünə gedərkən NƏ DEYİB?
Gəncədə qanunsuz aksiyanın qarşısının alınması zamanı hücuma məruz qalaraq öldürülən İlqar Balakişiyev etirazçıların üstünə əliyalın gedib. Bu barədə Gununsesi.info-ya Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarından biri söyləyib. Hadisə şahidi olan həmin polisin sözlərinə görə, İlqar Balakişiyev etirazçılara yaxınlaşan zaman yanındakılardan biri əlavə polis əməkdaşlarının onları müşaiyət etməsini istəsə də rəis müavini bunu gözləməyib. "Gəncəlilər mənə əl qaldırmaz" deyən İlqar Balakişiyev etirazçıları sakitləşdirmək istəyərkən qəfildən Rəşadın hücumuna məruz qalıb. Qatil belindən çıxardığı xəncəri rəis müavininin böyrək nahiyyəsindən vurub. Xəstəxanaya çatdırılsa da İlqar Balakişiyevi xilas etmək mümkün olmayıb.