Azərbaycanda polis itkin düşdü: birinci həyat yoldaşından...DƏHŞƏTLİ FAKTLAR /FOTO
Azərbaycanda 20 il polis işləyən Fuad Həsənov birinci həyat yoldaşından sosial yardım almaq bəhanəsi ilə boşanıb, ikinci dəfə ailə həyatı qurub. AzerTaym.az big.az-a istinadən xəbər verir ki, bu barədə onun atası Xəzər televiziyasında Xoşqədəm Hidayətqızının "Səni Axtarıram" verilişində məlumat verib. Qeyd edək ki, efirə çıxan ata bildirib ki, oğlu sentyabrın 16-da Göygöldə yoxa çıxıb: " Oğlum 20 il polis işləyib. İki il təqaüdə çıxıb. Oğlum sentyabrın 16-sı günorta saat 15-16 arası Gəncədən evinə qayıdıb. Telefonları evə qoyub, anidən yoxa çıxıb. Onun bizimlə münasibətləri yaxşıdır. Oğlumun bir oğlu var. Həyat yoldaşı ilə aralarında son zamanlar anlaşılmazlıqlar yaşanırdı. Ona görə ikinci dəfə Gəncədə ailə qurdu. Birinci həyat yoldaşı və oğlu bizimlə qalır. Digər həyat yoldaşı ilə Gəncədə yaşayır. Ondan övladı yoxdur. 1 ildir ki, ailə qurub. İkinci gəlinimin adı Gülərdir. Birinci həyat yoldaşı ilə rəsmi nikahları razılıqla bitib. İkinci gəlinimi tanımıram. Birinci gəlinim oğlumun ikinci dəfə evlənməsinə etiraz etmişdi".