Qüdrət Həsənquliyevdən SƏRT SÖZLƏR: Gürcüstana sanksiyaların tətbiqi...
Publika.az Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir: Ona görə də təxribatçı agentlər bilərəkdən insanları mənən sındırmaq üçün “Şuşaya turist kimi gedəcəyik” kimi fikirlər səsləndirirlər. Amma etiraf edək ki, real vəziyyəti təhlil edib ümidsizliyə qapılaraq artıq “Qarabağ gedib” deyə düşünənlər, hətta bu barədə açıq danışanlar da var. Vəziyyətdən çıxış yolu daxildə islahatları dərinləşdirməkdən, Rusiya ilə danışıqlar aparıb anlaşmağa cəhd etməkdən və bu alınmasa xarici siyasətdə qərbyönümlü, avroatlantik məkana inteqrasiya xətti götürüb torpaqlarımızın azadlığı üçün böyük qəhrəmanlıqlara və itkilərə hazır olmağımızdan keçir. - Azərbaycan ermənilərə münasibətdə buraxdığı səhvi təkrarlamamalıdır. Qardaşlıq və dostluq haqqında oxunan moizələr keçərli deyil. Gürcüstanın baş naziri və xarici işlər naziri ilə üst səviyyədə təcili görüşlər keçirilməli və təxribatlara son qoyulması tələb olunmalıdır. Azərbaycan hökuməti gürcü xalqının eşidəcəyi səviyyədə bəyan etməlidir ki, yalnız Azərbaycan əsgərinin üzərindən keçib Keşikçi dağa sahib ola bilərsiniz. Siz müharibə istəyirsinizsə biz hazırıq. Azərbaycan artıq 1988-ci ildəki Azərbaycan, Gürcüstan da Rusiyanın forpostu deyil. Bundan başqa biz Gürcüstanda öz qədim torpaqlarında yaşayan azərbaycanlılarla, din qardaşlarımız olan acar xalqının nümayəndələri və müxalifət partiyaları ilə ciddi işləməliyik. Onlar bilməlidirlər ki, Zurabaşvili Gürcüstanın yox, xarici havadarlarının, o cümlədən ermənilərin maraqlarından çıxış edir. Erməni diasporu çoxdan, o hələ Fransa diplomatı olarkən onu satın alıb. Eyni zamanda zəiflik kimi qiymətləndirilməsindən çəkinmədən qardaş Türkiyə rəsmiləri ilə danışılmalıdır. Onlar da gürcüləri başa salsın ki, iki qardaş dövlət arasında yerləşdikləri halda belə qorxulu işlərlə məşğul olub Gürcüstan dövlətinin varlığını təhlükəyə atmaq olmaz. Düşünürəm ki, hökumət Gürcüstana ilk sanksiyaların tətbiqi barədə də düşünməlidir. Kommunikasiya xətlərinin Gürcüstan üzərindən keçməsindən də çəkinmək lazım deyil. Onların da dünyaya çıxışı Türkiyə üzərindəndir. Türkiyə və Azərbaycansız onların iqtisadiyyatını təsəvvür etmək belə mümkün deyil. Hətta bunlarsız belə kommunikasiya xətlərinin kəsilməsi Gürcüstanda dərhal hakimiyyət dəyişikliyi deməkdir. - İran həm azərbaycanlıların dövlətidir (tam milli haqlarına sahib olmasalar da), həm də bizə qonşu müsəlman dövlətidir. Ona görə orada yaşananlar bizi ciddi narahat edir. Düşünürəm İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan hərbi qarşıdurmadan yayınsın. Mətuatdan oxudum ki, Tramp İran Prezidentini danışıqlara dəvət edib. Məncə, bu şansdan yararlanmaq lazımdır. Ümumiyyətlə isə, mən İranın nüvə texnologiyasına sahib olmasını və gələcəkdə nüvə silahı əldə etməsini təhlükə kimi qəbul etmirəm. İrandan daha az demokratiyaya sahib olan ölkələr nüvə silahına malikdir. Nüvə silahının çəkindirici gücü bəşəriyyəti üçüncü dünya müribəsindən qoruyur. İran nüvə silahı əldə edərsə qısa bir müddət sonra Türkiyə də nüvə silahına sahib olacaq. Bu zaman regionda hərbi balans yaranacaq, bölgədə bir dövlətin hegemonluğuna son qoyulacaq. Region qanlı müharibələrdən sığortalanacaq. Bəzi insanlarımızı o narahat edir ki, İran nüvə dövləti olarsa azərbaycanlıların taleyi necə olacaq? Azərbaycanlıların taleyi ilə bağlı variantlardan biri budur ki, onlar çoxlu uşaq dünyaya gətirməlidirlər. Necə ki, Rusiya ilə müharibədən sonra çeçenlər bunu edir. İranın demokratikləşməsi qaçılmazdır. Azərbaycanlılar bu prosesdə yaxından iştirak etməlidirlər. O zaman onlar İranda siyasi hakimiyyəti götürüb xalqların milli hüquqlarını bərpa edər, İranı fars millətçiliyinə söykənən dövlət olmaqdan çıxarıb, çoxmillətli, bərabər hüquqlu bir İran dövlətinə çevirə bilərlər. Farslar azərbaycan türklərinin idarəetməsində daha firəvan həyata sahib olar, yaxud istəməsələr ayrılıb öz dövlətlərini qurarlar. Çexlər və slovaklar kimi. Dinc və sivil formada. O zaman regionda ən azı türklərin yönəltdiyi iki dövlət nüvə silahına sahib olar ki, bu da regiona sülh, ədalət və rifah gətirər.
- Qüdrət bəy, Şuşanın və Laçının işğalından 27 il keçir. Necə düşünürsünüz torpaqlarımızı işğaldan azad edə biləcəyik? Yoxsa bəzi adamların dediyi kimi Şuşaya yalnız turist kimi getmək barədə düşünməliyik?
- Fakt budur ki, müharibəni xalq olaraq uduzmuşuq. Bizi XIX-cu əsrdə Rusiya imperiyasının tərkibinə könüllü, yaxud zorla qatanda kiçik xanlıqlar şəklində yaşayırdıq. O zaman mərkəzləşmiş dövlətimiz və vahid milli şüur olmayıb. Ona görə də rəhmətlik Elçibəy deyirdi ki, güclü dövlət quruculuğu MİLLƏTLƏŞMƏKdən keçir.
Sovet hakimiyyəti illərində repressiya mühiti ali dəyərlərə yiyələnmiş millət kimi formalaşmağımıza imkan vermədi. Onun nəticəsi idi ki, qorxu mühitində yaşamış xalqımız ermənilərin qarşısına yaxşı dövlət adamları, diplomatlar, siyasətçilər, hərbçilər, jurnalistlər çıxara bilmədi. Nəticədə güclü siyasətçilərimiz və diplomatlarımız olmadığı üçün özümüzə müttəfiq tapa bilmədik. Hətta xalqımızın ruhunu, gen yaddaşını oyadıb onu savaşa səfərbər edəcək şerlər, əsərlər yazılmadı. Hazırlıqlı jurnalistlərimiz və düzgün informasiya siyasətimiz olmadığı üçün informasiya müharibəsini uduzduq. İşğala məruz qaldığımız halda bizə sanksiyalar tətbiq olundu. Peşəkar hərbçilərimiz yetərincə olmadığı üçün döyüş meydanında uduzduq. Siyasi şüurun zəifliyi xalqımızı təxribatlar qarşısında midafiəsiz qoymuşdu. Repressiya mühiti insanlara qorxu və satqınlıq hissləri aşıladığından aramızdan çoxlu xainlər çıxsa da həmin xainlərə və güclü düşmənlərimizə qarşı dayana biləcək yetərli sayda qəhrəmanlar ortaya qoya bilmədik. Təəssüf ki, uzun illərin müstəqillik və “atəşkəs” dövründə də bu nöqsanları tam aradan qaldıra bilməmişik. Sovet dövrü qonşularımız dünya elminə və mədəniyyətinə çıxış imkanı verən rus dilini əsasən mənimsədiyi halda biz bunu bacarmadıq. SSRİ Ali Sovetində olan deputatlarımız rəqiblərə cavab vermək imkanı olmayanda çarəni sap düyünləyib, cadu edib onların dillərini bağlamaqda görürdü. İndi onlar dünya dili olan ingilis dilini mənimsəyir, biz isə rus dilində təhsil verən məktəblər açırıq. Hətta bu misalla da müharibəni niyə uduzduq sualına cavab tapmaq olar. Bu gün də yüksək ballar toplayan istedadlı gənclərimizi ali hərbi məktəblərə cəlb edə bilməmişik. Hər il beş yeni tank almaqdansa, yaxud İTV kimi beş kanalı saxlamaqdansa informasiya müharibəsində rəqabətə davamlı olmaq üçün avropalıların 35%-nin etibarlı informasiya mənbəyi kimi qəbul etdiyi “Əl Cəzirə” (Al Jazeera) kimi ingilis dilli bir kanalın açılmasının vacibliyini qəbul edə bilməmişik və s.
Bunun alternativi heç bir qərar qəbul etmək gücündə olmayan ermənilərlə danışıqlar üçün hətta vaxt qoymaq belə imkanımızın olmadığı mənasız yüzillik danışıqlar aparmaq olacaq. Ermənilər isə torpaqlarımızı məskunlaşdıracaq, təbii sərvətlərimizi talayacaq. Biz isə güclü dövlətimizin olmasından ağızdolusu danışacaq, hərbi paradlarda Ordumuza baxıb qürur hissi keçirəcək, Qarabağın işğaldan azad olunması üçün möcüzə gözləyəcəyik. Əsl həqiqət bundan ibarətdir.
“Zurabaşvili ermənilərin maraqlarından çıxış edir”
- Gürcülərin Azərbaycana ərazi iddiasını necə qiymətləndirirsiniz?
“İranda yaşananlar bizi ciddi narahat edir”
- İran-ABŞ münasibətləri barədə fikirləriniz nədir? Qarşılıqlı hədələr hara aparıb çıxaracaq?