Sığorta şirkətləri "Binə" və "Sədərək"də obyektləri sığortalamaq istəmir - EKSPERT

Sığorta şirkətləri

"Daşınar əşyalar satış məqsədilə qeydiyyata alınıb sığortalanırsa, burada bir çox problemlər ortaya çıxır".

"AzerTaym.az" finans.az"-a istinadən xəbər verir ki, bunu sığorta bazarı üzrə ekspert İlkin İbrahimov deyib. Ekspertin sözlərinə görə, daşınar əmlakın sığortası könüllü olduğundan burada məsələ bir qədər fərqli olur: "Daşınar əşyalar satış məqsədilə qeydiyyata alınıb sığortalanırsa, burada bir çox problemlər ortaya çıxır. Sığorta şirkəti satılan malın qiymətini müəyyən edib ona görə risk hesablamalı və qiymət deməlidir. Binə bazarında isə şəffaf mühasibatlıq olmadığından heç bir sığorta şirkəti həmin obyektləri sığortalamaq istəmir".

Daşınmaz əmlakın sığortası ilə bağlı isə ekspert bildirib ki, əvvəllər bir sığorta şirkəti heç olmasa daşınmaz əmlakları icbari sığortalayırdı: "Sonradan o şirkət də Binə, Sədərək və s. kimi yanğın riski yüksək olan obyektləri sığortalamaqdan çəkindi".

  






Fikirlər