Azərbaycan sığorta bazarı yanvarda 21% ARTIB

 

Ölkənin icbari sığorta bazarı isə 6% genişlənibBu ilin yanvar ayında Azərbaycandakı 25 sığorta şirkətinin xətti ilə ümumilikdə 76,3 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, ay ərzində sığorta şirkətlərinin ödənişləri isə 13,4 mln. manat təşkil edib və bu, ötən ilin yanvarına nisbətən 29,4% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 17,5 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvarında 16,4 manat olub.

Yanvar ayında toplanmış sığorta haqlarının 83,3%-i və yaxud 63,6 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 24,9% çoxdur. İcbarı sığorta növlərində yığım isə 12,7 mln. manat və yaxud bazarın 16,7%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycanın icbari sığorta bazarı 6,1% böyüyüb.

Ay ərzində ümumi ödənişin 76%-i və yaxud 10,2 mln. manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığortada ödəniş ötən ilin yanvar ayı ilə müqayisədə 34,5% artıb. İcbari sığorta növləri üzrə ödəniş isə 3,2 mln. manat və yaxud ümumi bazarın 24%-ni təşkil edib. Bu da ötən ilin yanvarına nisbətən 15,6% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanmış hər 100 manat sığorta haqqının 16 manatı ödəniş edilib. Bu rəqəm 2015-ci ilin yanvar ayında 14,8 manat olub. İcbari sığortadan toplanmış hər 100 manat üzrə ödəniş isə 23,1 manatdan 25,2 manata qalxıb.






Fikirlər